12 yaşlı şagirdi maşın vurdu

12-yasli-sagirdi-masin-vurdu
Oxunma sayı: 646

Qəza zamanı 1999-cu il təvəllüdlü 6-cı sinif şagirdi İbrahimov Amil Azər oğlu Sabunçu rayonu Zabrat qəsəbəsində avtomobillə vurulub. Qəzadan sonra yaralı hadisəni törədən sürücü tərəfindən təcili olaraq 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən edilən tibbi yardımdan sonra Amil İbrahimovun həyatını xilas etmək mümkün olub.

Həkim Nizami Feyzullayev yaralının vəziyyətini ağır stabil kimi qiymətləndirib və hal-hazırda onun reanimasiya şöbəsində olduğunu deyib.

ANS TV
Sabunçu rayon polis idarəsi və 15-ci polis bölməsinin növbətçi hissələri isə hələlik onlarda 12 yaşlı Amil İbrahimovun vurulması barədə məlumat olmadığını bildiriblər. Bu səbəblə də hadisənin hansı markalı nəqliyyat vasitəsi və kim tərəfindən törədilməsi barədə məlumat əldə edilməyib.