1400 məhkum əfv edildi - Sudan sözünün üstündə durdu

1400-mehkum-efv-edildi
Oxunma sayı: 1259

Sudan hökuməti müxtəlif həbsxanalarda saxlanılan 1400 efiopiyalı məhkumu sərbəst buraxıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Efiopiya baş naziri Abiy Əhmədin ötən həftə Sudana səfəri zamanı bu məsələ barədə müzakirələr aparmış və Sudan rəsmiləri məhkumları azad edəcəyi sözü vermişdi.

A.Əhməd eyni təklifi Keniyaya səfəri zamanı da edib. Hazırda Keniya rəsmilərinin atacağı addım gözlənilir.