2 nəfər avtomobil qəzasında həlak oldu

2-nefer-avtomobil-qezasinda-helak-oldu
Oxunma sayı: 642

Şəmkir rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 16-da saat 02.00 radələrində rayon sakini İlkin İmanovun idarə etdiyi "VAZ-2107" və Gəncə şəhər sakini Xaqani Hacıyevin idarə etdiyi "KamAZ" markalı avtomaşınlar toqquşub. Nəticədə "Lada"nın sürücüsü və sərnişini hadisə yerində ölüb.