2017-ci ilin ən yaxşı smartfonları açıqlandı

2017-ci-ilin-en-yaxsi-smartfonlari-aciqlandi
Oxunma sayı: 2476

Məşhur “TechRadar” portalının ekspertləri 2017-ci ilin ən yaxşı 15 smartfonunun adlarını açıqlayıblar.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, siyahıda ilk yeri “Samsung Galaxy S8” tutur.

İlk üçlüyə “Samsung Galaxy S8 Plus” və “Google Pixel 2” daxildir. “Apple” şirkətinin smartfonları “iPhone X” və “iPhone 8” isə müvafiq olaraq 4-cü və 9-cu yerlərdə qərarlaşıb.

Reytinq müəyyənləşdirilərkən smartfonun dizaynı, xüsusiyyətləri, qiyməti və keyfiyyəti nəzərə alınıb.