23 minə yaxın elektron imza yığılıb

23-mine-yaxin-elektron-imza-yigilib
Oxunma sayı: 850


“Qafqazinfo”  ICTnews.az-a istinadən xəbər verir ki, elektron xəbər xidmətinin məlumatına görə, bu statistik göstərici “Elektron hökumət” bülleteninin sentyabr buraxılışında əksini tapıb.

Dövlət qurumlarına 14490  elektron imza sertifikatı verilib. Hüquqi şəxslərə verilmiş sertifikatların sayı 2956 ədədə çatıb. Vətəndaşlar isə 5399 sertifikat əldə ediblər.

Qeyd edək ki, elektron imza insanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir.