250 min üçün çarşab bağladı - Fotolar

250-min-ucun-carsab-bagladi
Oxunma sayı: 4821

Nurgül Yeşilçay iranlı rejissor Bayram Fazlının “Gözəl cin” adlı kinosunda rol almaq üçün İsfahana yola düşüb.

“Qafqazinfo” xəbər verir ki, o, yaşadığı travmadan sonra lal və kar olan bir qadın obrazını canlandırır.  Nurgül “Dilaram” rolu üçün çarşab da bağlayıb.  Aktrisanın mətbuat xidməti çəkiliş meydançasından lentə alınan görüntülərini yayıb. 

250 min TL qonorar alan aktrisanın bu görünüşü müzakirələrə səbəb olub. 

Bundan əlavə, Nurgülü görmək üçün iranlı pərəstişkarları çəkiliş meydançaısna axın edib. Lakin, onların aktrisa ilə görüşü mümkün olmayıb.