26 Mindən artıq təhsil işçisi...

26-minden-artiq-tehsil-iscisi-
Oxunma sayı: 638

“Mədəd” təşkilatının icraçı direktoru Vüsal Xanlarovun “Qafqazinfo”ya verdiyi məlumata görə, İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş təlimlərə 2011-ci ilin sonuna kimi təhsil sisteminin 21300 nəfər pedaqoji heyəti cəlb olunacaq. Təlim kursları Ağcabədi, Ağdaş, Ağstafa, Ağsu, Astara, Balakən, Bakı, Bərdə, Beyləqan, Biləsuvar, Cəlilabad, Daşkəsən, Füzuli, Gəbəbəy, Goranboy, Göyçay, Göygöl, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Mingəçevir, Lerik, Qazax, Qəbələ, Quba, Qusar, Samux, Şamaxı, Şəki, Şəmkir, Tərtər, Tovuz, Ucar, Xaçmaz, Yevlax, Zaqatala, Zərdab rayonlarının əhatə edir. Təlimlər təhsil sisteminin pedaqoji heyətinə tədris prosesində informasiya-komunikasiya texnologiyalarından effektiv istifadə etməsi üçün Rİ-SOL “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi” və İntel “Gələcək üçün Təhsil” təlim vəsaitləri əsasında keçirilir.

V. Xanlarov qeyd edib ki, bu ilin sonuna kimi təhsil sisteminin inzibati-idarəetmə heyətinin 3700 min nəfəri də İKT üzrə təlimlərə cəlb ediləcək. İnzibati-idarəetmə heyəti üçün təlimlər Bakı, Sumqayıt, Ağdam, Astara, Cəbrayıl, Daşkəsən, Füzuli, Göyçay, Gədəbəy, Qobustan, Qubadlı, Şəmkir, Şuşa və Xocalı məktəblərini əhatə edir.

Bundan əlavə, “1 şagird - 1 kompüter” layihəsi üzrə 300 müəllim, “Həmkara dəstək” layihəsi 300 müəllim, “Fənlər üzrə elektron təhsil resurslarının hazırlanması” layihəsi üzrə 350 nəfər, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən seçilmiş pilot məktəblərinin pedagoji heyətinin “Təhsil portalından istifadə üzrə təlim vəsaiti”ni tətbiq etməklə təhsil portalından istifadə üzrə 250 müəllim də xüsusi təlim keçəcək.

Qeyd edək ki, 2008-2010-cu illərdə Dövlət Proqramı çərçivəsində 69 000-dən artıq müəllim və təhsil sisteminin inzibati işçisi təhsildə İKT-nin tətbiqi üzrə təlimlərdə iştirak edib.

Nigar Məmmədli