27 yaşlı Malvinaya 9 il həbs

27-yasli-malvinaya-9-il-hebs
Oxunma sayı: 2111

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satmaqda təqsirləndirilən 27 yaşlı Malvina Babayevaya cəza istənilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun icraatında olan prosesdə M.Babayeva 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, M.Babayevanın yaşadığı evdən 18 kiloqram narkotik tapılıb. M.Babayeva 2014-cü ildə oğurluq və narkotik vasitə istifadə etdiyi üçün də saxlanılıb.

Murad Əhməd