3 polisi və özünü bıçaqladı

3-polisi-ve-ozunu-bicaqladi
Oxunma sayı: 648

Qeyd edək ki, hadisə zamanı polislər 33 yaşlı cinayət məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan Ramin Eynalovu yaxalamaq istəyirmiş. Amma qəfildən Raminin polislərin üstünə bıçaq çəkməsi vəziyyəti bir qədər çətinləşdirib. 3 polis əməkdaşına bıçaq xəsarəti yetirəndən sonra isə Ramin əlində olan bıçaqla özünə də bir neçə zərbə endirib.

Hadisədən sonra yaralı polislər və cinayəti törədən Ramin Eynalov 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Polislərin xəsarətləri yüngül olduğundan onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar. Cinayəti törədən Ramin Eynalovun müalicəsi isə xəstəxanada davam etdirilir.

Faktla bağlı Xəzər rayon polis idarəsi və prokurorluğunda araşdırma başlanılıb. Qanlı hadisənin təfərrüatları isə istintaqın sonunda bəlli olacaq.

Məlumata görə, Ramin Xaçmaz şəhərində ağır cinayətə imza atdığı üçün axtarışda olub. Bü vaxt ərzində isə, o qohumlarının yaşadığı Xəzər rayonu Mərdəkan qəsəbəsindəki evində yaşayaraq istintaqdaq yayına bilib. Hadisə zamanı Xəzər rayon polis idarəsinin əməkdaşları məhz həmin evdə gizlənən Raminin tutmaq üçün əməliyyat geçirirmiş.