30-dək şagird Naxçıvanı tanımaq üçün yola düşdü

30-dek-sagird-naxcivani-tanimaq-ucun-yola-dusdu
Oxunma sayı: 982

Nərimanov rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasına yola salınıblar.

“Qafqazinfo” xəbər verir ki, Nərimanov rayonunun orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan 30-a yaxın şagird Naxçıvanda olacaq.

Qeyd edək ki, martın 18-də tur-aksiyada iştirak edəcək şagirdlərin Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevlə görüşü baş tutub. Yolasalma mərasimində çıxış edən icra başçısının müavini İlqar Mirzəyev bu tur-aksiyanın məktəblilərin dünyagörüşünün zənginləşməsində önəmini vurğulayıb.

O bildirib ki, “Ölkəmizi tanıyaq” tur-aksiyası bir neçə ildir uğurla həyata keçirilir. Bu, dövlətimizin məktəblilərə göstərdiyi diqqət və qayğının təzahürüdür. Səfər çərçivəsində məktəblilər Naxçıvanın tarixi, mədəniyyəti, təbiəti, adət-ənənələri, qədim abidələri ilə tanış olacaq, geniş məlumat əldə edəcəklər. Sonra məktəblilər Heydər Əliyev Beynəlxalq Hava Limanına yola düşüblər.