30 ildir yanlış məzarı ziyarət edirmiş

30-ildir-yanlis-mezari-ziyaret-edirmis
Oxunma sayı: 4441

İngiltərənin Mançester şəhərində Corc Solt adlı şəxs 30 ildir, qızının məzarının yerinə boş torpaq sahəsini ziyarət edirmiş.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Corc 1988-ci ildə doğuşdan 2 gün sonra ölən Viktoriya adlı qızını elə yaşadığı şəhərdə Sousern məzarlığında dəfn edir. Ancaq Viktoriya ilə birlikdə 16 nəfərin adının yazıldığı məzar daşı bələdiyyə tərəfindən başqa sahəyə daşınır.

Bunu bilməyən Corc 30 il qızını basdırdığı yeri ziyarət edib. Bu ay üzə çıxan məsələyə görə Mançester bələdiyyəsi Solt ailəsindən üzr istəyib. İldə 2 dəfə qızının məzarını ziyarət edən Corc “Məzar daşının başqa yerə köçürüldüyünü mənə deməyiblər. Daha pisi odur ki, 30 ildir boş torpaq sahəsi ilə danışmışam” söyləyib. 

Bələdiyyə işçiləri isə aradan uzun illər keçdiyindən məzar daşının köçürülmə səbəbini bilmədiklərini deyiblər.