31 milyon manat büdcəyə qaytarılıb – - Azərbaycanda

31-milyon-manat-budceye-qaytarilib-
Oxunma sayı: 2726


Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, həmin cinayət işlərindən  212-si səyyar vergi yoxlamalarının nəticələri, 286-sı vergi borcunun ödənilməməsi, 15-i  vergi nəzarəti tədbirlərinin nəticəsinə dair vergi orqanlarından, 6-i isə  digər hüquq-mühafizə orqanlarından daxil olmuş materiallar üzrə başlanıb. Hesabat dövründə Departamentin İstintaq idarəsində icraatda olmuş cinayət işlərindən 383-nün ibtidai istintaqı tamamlanıb.  Bu işlər üzrə cəmi 122 nəfər barəsində 124 iş ittiham aktı ilə baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Hesabat dövründə 259 işin icraatına xitam verilib, 20 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 167 iş üzrə müəssisə rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə cinayət məsuliyyətindən azad ediliblər. 

Cinayət işlərinin araşdırılması zamanı dövlət büdcəsinə 31 milyon 363,6  min manat vəsait ödənilib ki, bu da 2012-ci illə müqayisədə 2,1 dəfə çoxdur. 

Əməliyyat-axtarış tədbirləri nəticəsində barələrində axtarış elan edilmiş 37 nəfər tutularaq istintaqa təhvil verilib, istintaqdan yayınan 483 şəxsin məcburi qaydada gətirilməsi, 273 şəxsin tapılaraq istintaqa gəlmələri, 273 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib.

Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından yayınan, fəaliyyətləri barədə bəyannamə təqdim etməyən və əmlakın siyahıya alınmasına maneçilik törədən 636 nəfər vergi ödəyicisi tapılıb müvafiq vergi orqanlarına təqdim edilib.