4 adamdan birinin telefonu smartfon olacaq

4-adamdan-birinin-telefonu-smartfon-olacaq
Oxunma sayı: 913


“Qafqazinfo” xəbər verir ki, analitiklərin proqnozuna görə, 2017-ci ilədək artıq dünyada yaşayan insanların 33 faizi smartfonlardan istifadə edəcək.

Tədqiqata əsasən, smartfon istifadəçilərinin 951 milyonu Asiya-Sakit okean regionunun payına düşür. Avstraliyada ölkə əhalisinin 50 faizi 2013-cü ildə smartfondan istifadəyə başlayıblar. Koreya Respublikasında yaşayanların 50 faizi hələ 2012-ci ildən bu qurğulardan istifadəyə başlayıb.

Hazırda smartfon istifadəçilərinin sayına görə Çin dünyada birinci yerdədir. 2014-cü ildə onların sayı 521,7 milyon nəfər olacaqdır. 2018-ci ilədək Çin əhalisinin 50 faizi smartfonlardan istifadə edəcək.