4 min illik mumyanın sirrini FBI tapdı - Fotolar

4-min-illik-mumyanin-sirrini-fbi-tapdi
Oxunma sayı: 2752

ABŞ Federal Təhqiqat Bürosu (FBI) 4 min illik mumyanın kimə məxsus olduğunu üzə çıxardığını açıqlayıb.

"Qafqazinfo" Posta-ya istinadən xəbər verir ki, başı kəsilmiş halda olan mumya 2009-cu ildən etibarən Boston Muzeyindən sərgilənirdi.

Dişdən götürülən nümunənin genetik araşdırması nəticəsində mumyanın Yuxarı Misir valisi Dcehutynaxta aid olduğu məlum olub. Bununla da 4 min illik sirr tapılıb.

Qeyd edək ki, mumya 1915-ci ildə Deyr əl-Bərşa tərəfindən tapılıb.