4 mindən çox miqrant xilas edilib

4-minden-cox-miqrant-xilas-edilib
Oxunma sayı: 646

Aralıq dənizində son 3 gündə 4 mindən çox miqrant xilas edilib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İtaliya Sahil Mühafizə Xidməti məlumat yayıb.

İtaliya Sahil Mühafizə Xidməti və Hərbi Dəniz Qüvvələrinin birgə ümumilikdə 22 əməliyyat həyata keçirib. Xilasedicilər rezin qayıqların içərisində 1 nəfərin cəsədini də tapıblar.

Beynəlxalq Miqrasiya Təşkilatı bildirib ki, 2017-ci ildə Avropaya dəniz yolu ilə 54 mindən çox miqrant gəlib. 1300-dən çox miqrant isə həlak olub yaxud itkin düşüb.