4 tur qalmış çempion oldular

4-tur-qalmis-cempion-oldular
Oxunma sayı: 646

“Qafqazinfo” xəbər verir ki, 2004-cu ildən bəri “Şaxtyor”u çalışdıran rumıniyalı mütəxəssis Mirça Luçesku bu il də komandasını çempion edib. Donetsk təmsilçisi öz meydanında qəbul etdiyi “Metalist Xarkov”la 1-1 hesablı bərabərlik əldə edib və çempionatın başa çatmasına 4 tur qalmış çempion olub.

Luçeskunun “Şaxtyor”da olduğu müddətdə, yalnız 2008 -2009-cu il mövsümündə Ukrayna çempionluğu əldən verilib. Ondan sonra dominantlığı ələ keçirən Mirça Luçesku və yetirmələri bu il, 4-cü dəfə dalbadal çempion olublar.

İqbal