40 qəpiyə görə dostunu bıçaqladı

40-qepiye-gore-dostunu-bicaqladi
Oxunma sayı: 2364

40 qəpik borc istədiyi dostunu bıçaqlamaqda təqsirləndirilən Elşən Bəndəliyevin apellyasiya məhkəməsi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Yeni Günəşli qəsəbəsində yerləşən kafede E.Bəndəliyev tanışı Yadigar Rüstəmovla birlikdə yeyib içdikdən sonra onu bıçaqlayıb. E.Bəndəliyev isə onu bilərəkdən bıçaqlamadığını deyib: "Kafedə ondan pul istədim. 40 qəpik pul götürdüm. Cibimdəki bıçaq bilmədən ona batdı".

Dostunu bıçaqlayan E.Bəndəliyev hadisə yerindən qaçıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Bəndəliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesinə hakim Vaqif Mursaqulovun sədrliyi ilə baxılır. İlkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin dekabrın 19-da davam etdiriləcək.

Murad Əhməd