52 yaşlı rejissor özündən 22 yaş kiçik aktrisa ilə evləndi - Fotolar

52-yasli-rejissor-ozunden-22-yas-kicik-aktrisa-ile-evlendi
Oxunma sayı: 2578

Rusiyanın Sankt-Peterburq şəhərində 52 yaşlı rejissor Fyodor Bondarçuk və 30 yaşlı aktrisa Paulina Andreyevanın toyu olub.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən məlumatına görə, Yusupov sarayında keçirilən mərasimdə 200 nəfərə yaxın insan iştirak edib. Onların arasında yenicə ailə həyatı quran Konstantin Boqomolov və Kseniya Sobçak, Filipp Yankovski, Konstantin Ernst, Svetlana Ustinova və digərləri olub.

F. Bondarçuk və P. Andreyeva jurnalistlərin gözləntilərinə əks olaraq, qırmızı xalıda görüntülənməyib və mərasim keçirilən məkana gizli girişdən daxil olub. Üstəlik, cütlüyün xahişi ilə mərasimdən heç bir görüntü sosial şəbəkədə paylaşılmayıb. 

Fyodorla Paulinanın sentyabrın 1-də rəsmi nikaha girdiyi bildirilir. Qeydiyyat səs-küysüz və Bondarçukla Andreyevaya ən yaxın 20 nəfərin əhatəsində keçib.