“59” minlik saxta kredit verənlərə cinayət işi açıldı

59-minlik-saxta-kredit-verenlere-cinayet-isi-acildi
Oxunma sayı: 640

Baş Prokurorluqdan “Qafqazinfo”ya daxil olan xəbərə görə, müəyyən edilib ki, qeyd edilən cəmiyyətlərin vəzifəli şəxsləri 2010-cu ilin sentyabr ayında 2 nəfər Astara sakininin hər birinə müraciətləri əsasında 3.0 min manat məbləğində istehlak krediti vermələrinə baxmayaraq, sonradan vətəndaşlardan xəbərsiz kredit üçün girov qismində təqdim olunmuş ev və torpaq sahələrinin sənədlərindən istifadə etməklə onların adına saxta yolla 59.0 min manat məbləğində kredit rəsmiləşdiriblər.

“İcraçı Kredit Agentliyi” MMC Bank olmayan Kredit Təşkilatı və “Astara Kredit İttifaqı” MMC-nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.