84 yaşlı qadının hamam faciəsi

84-yasli-qadinin-hamam-faciesi
Oxunma sayı: 666

“Qafqazinfo”nun Lent.az-a və nazirliyin saytına istinadən verdiyi məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən bəlli olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin eyvanından enərək, daxil olublar.

Mənzilə baxış keçirilərkən, 1928-ci il təvəllüdlü Smarçkova Lyudmila Alekseyevna vanna otağında hərəkətsiz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri L.Smarçkovanı müayinə edib və onun öldüyünü müəyyənləşdiriblər.