964 ton balıq ovlanıb

964-ton-baliq-ovlanib
Oxunma sayı: 2112

Dövlət Statistika Komitəsi balıq ehtiyatlarının mühafizəsi və ondan səmərəli istifadə ilə bağlı statistik məlumatları açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, açıqlamaya görə, balıq və digər su bioloji resurslardan istifadə qaydalarına müvafiq olaraq, ölkədə 2017-ci ildə 136 hüquqi və fiziki şəxsə balıq ovu üçün verilmiş 1024,9 ton kvotaya qarşı  964,9 ton balıq ovlanıb. 2016-cı illə müqayisədə 2017-ci ildə 30,5 faiz çox balıq ovlanıb. Ovlanmış balığın  559,1 tonu kilkə, 100,1 tonu kütüm, 74,9 tonu siyənək, 59,1 tonu kefal, 49,8 tonu külmə, 36,9 tonu çəki, 30,9 tonu çapaq, 24,7 tonu dabanbalığı, 5,6 tonu şamayı, 23,8 tonu digər balıq növlərinin payına düşüb.

Ötən il balıqçılar tərəfindən kvota üçün 41,1 min manat ödənilib.