Abışovlar ailəsi kömək istəyir

abisovlar-ailesi-komek-isteyir
Oxunma sayı: 640

Bununla bağlı “Qafqazinfo”ya məktub ünvanlayan ailə 4 aydır ki, çadırda yaşadıqlarını bildirib. Məktubda deyilir: “Hacıqabul rayon Nəvahı kəndində aprel ayının 22-də elektrik hava naqillərində baş vermiş qısa qapanma nəticəsində, Abışov Arif Abı oğluna məxsus olan evdə yanğın baş verib, 4 otaqlı ev əşyaları ilə birlikdə yanaraq kül olub. Nəticədə ailənin 6 nəfər üzvü 70 yaşlı Abışov Abı, onun həyat yoldaşı 68 yaşlı Abışova Kürsüm, oğlu Abışov Arif, gəlini Abışova Sevinc, nəvəsi Abışov Asif, Abışova Bahar evsiz eşiksiz qalaraq, həyətlərində bir çadır quraraq yaşlı, xəstə valideynləri iki körpə uşaqları ilə çadırda yaşamağa məcbur olublar. Bir çox dövlət orqanlarına müraciət etsələr də bir faydası olmayıb”.

Qarşıdan qışın gəlməsindən narahat olan ailə vəziyyətlərinin çətin olduğunu və onların köməyə ehtiyacı olduğunu bildirib.

Fatimə Kərimli