ABŞ-da insanlar girov götürüldü, 4-ü öldürüldü

abs-da-insanlar-girov-goturuldu-4-u-olduruldu
Oxunma sayı: 1364

ABŞ-ın Missisipi ştatının Klinton şəhərində evlərdən birində insanlar girov götürülüblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, girovlardan 4-ü öldürülüb. İlkin məlumata görə, insident ailə münaqişəsi nəticəsində baş verib. 

Cinayətkar girovları yaşayış evində 12 saat saxlayıb. Polis iki uşağı xilas edə bilib. Şübhəli şəxs isə saxlanılıb.