ABŞ-da konsertdə konstruksiya aşdı - 14 yaralı var

abs-da-konsertde-konstruksiya-asdi
Oxunma sayı: 1128

ABŞ-ın Oklahoma ştatının Takervill şəhərində konsert zamanı bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, “Backstreet Boys” qrupunun konsertinin keçirildiyi məkanda dəmir konstruksiya insanların üzərinə aşıb.

Hadisə zamanı 14 nəfər xəsarət alıb. Dərhal olay yerinə təcili yardım briqadaları cəlb edilib və yaralılara xəstəxanalara yerləşdiriliblər.

Konsert isə ləğv edilib.

Faktla bağlı araşdırma aparılır.