ABŞ-da silahlı insident - 3 ölü, 4 yaralı

abs-da-silahli-insident
Oxunma sayı: 684

ABŞ-ın Tennesi ştatında silahlı insident baş verib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə polis məlumat yayıb.

Məlumata əsasən, hadisə ştatın Neşvill şəhərindəki "Waffle House" kafesi yaxınlığında qeydə alınıb. Naməlum şəxsin açdığı atəş nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Polis bildirir ki, atəş açan şəxs çılpaq olub. Hazırda onun axtarışları davam etdirilir.