ABŞ-dan İrana qadağa

abs-dan-irana-qadaga
Oxunma sayı: 632

“Media forum” saytının məlumatına görə, ABŞ maliyyə nazirinin çirkli pulların yuyulması və terrorizmə qarşı mübarizə üzrə müavini Devid Kohenin yaydığı bəyanatda deyilir ki, “İranAir”, “MahanAir” və “YasAir” aviasiya şirkətlərinə məxsus təyyarələr Suriya xalqını əzmək üçün Bəşər Əsəd rejiminə ardıcıl olaraq hərbi sursat və kütləvi qırğın silahları daşıyıb:

“İran hökuməti bu ilin yayında həmin aviasiya şirkətlərinin Dəməşqə uçan sərnişin təyyarələri vasitəsi ilə Suriyaya hərbi silah və avadanlıq göndərib. Livandakı “Hizbullah” təşkilatı da bu işə yardım göstərib”.