ABŞ səfirliyində terror törətmək istəyən tutuldu

abs-sefirliyinde-terror-toretmek-isteyen-tutuldu
Oxunma sayı: 695

Belçikanın federal polisi Brüsseldə ABŞ səfirliyinin binasında terror aktı törətmək istəyən şübhəli şəxsi saxlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, saxlanılan şəxs uzun müddət Belçika təhlükəsizlik xidmətinin hazırlığında olub.

Onun məhkəməyə çıxarılacağı gözlənilir. Şübhəli isə ittihamları rədd edərək özünü günahkar bilmir.