ABŞ Türkiyəyə sanksiya tətbiq edə bilər

abs-turkiyeye-sanksiya-tetbiq-ede-biler
Oxunma sayı: 1235

Amerikalı keşişə görə ABŞ-Türkiyə arasında gərginlik yarana bilər.

“Qafqazinfo”nun “TASS”a istinadən verdiyi xəbərə görə, Ağ Ev İzmirdə həbs edilən, hazırda ev dustaqlığına buraxılan keşiş Endryu Bransonun tamamilə azad edilməyəcəyi təqdirdə Türkiyəyə qarşı sanksiyalar tətbiq edəcək. 

Ağ Ev nümayəndəsi Hoqan Hidli jurnalistlərə açıqlamasında bildirib ki, bu fikirləri prezident Donald Tramp səsləndirib: “Ölkə lideri keşişin ABŞ-a qayıtmasını gözləyir. Əgər belə olmasa, Türkiyəyə sanksiyalar tətbiq edilə bilər”.

Qeyd edək ki, İzmirdə yaşayan protestant keşiş Endryu Branson 2017-ci ildə həbs edilib. O, PKK və FETÖ ilə əlaqədə ittiham edilir. Bir neçə gün öndə ev dustaqlığına buraxılıb. 

Aysel Kərimova