Acunun yeni layihəsi məlum oldu

acunun-yeni-layihesi-melum-oldu
Oxunma sayı: 2545

“TV8” kanalının sahibi Acun Ilıcalı, “O səs Türkiyə”, “Survivor Türkiyə” və “Yetenek sizsiniz” kimi reytinqli yarışmalardan sonra daha bir layihə həyata keçirəcək.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Acun oktyabrdan etibarən 14 tanınmış simanın iştirakı ilə boks yarışması təşkil edəcək.

Boksçu olmayan həmin məşhurlar “Survivor” yarışmasında iştirakçı olublar. Artıq onlardan bir neçəsinin adı müəyyənləşib:

Doğuş – Müğənni

Fulya Keskin – Model

Berna Canbeldek – Dansçı

Asena – Rəqqasə

Sahra Işık – Model və voleybolçu

“Çılğın” ləqəbli Sedat Kapurtu – Müğənni