Adı korrupsiyada hallanan prezident G20 səfərini ləğv etdi

adi-korrupsiyada-hallanan-prezident-g20-seferini-legv-etdi
Oxunma sayı: 638

Braziliya prezidenti G20 sammitində iştirak üçün Almaniyaya planlaşdırılan səfərini ləğv edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prezident Mişel Temerin səfərinin ləğv edilməsinin səbəbi açıqlanmır. Qərar böyük korrupsiya qalmaqalı fonunda qəbul edilib. Belə ki, ölkə başçısına qarşı korrupsiya ittihamı artıq konqresin aşağı palatasına göndərilib. 

Qeyd edək ki, Hamburqda sammit iyulun 7-8-i keçiriləcək.