ADP Respublika Prokurorluğuna müraciət etdi

adp-respublika-prokurorluguna-muraciet-etdi
Oxunma sayı: 636

“Qafqazinfo”nun məlumatına görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İdarə Heyəti üzvləri İlk növbədə Hörmüz boğazı ətrafında İran və ABŞ arasında yaşanan gərginliklərdən ciddi narahat olduğunu bildirib və region dövlətləri üçün böyük təhlükə yarada biləcək bu gərginliklərin qarşısının alınmasında beynəlxalq səylərin gücləndirilməsinın və məsələnin yalnız danışıqlar yolu ilə həll edilməsinin vacibliyini diqqətə çatdırıb.

İdarə Heyəti üzvləri ABŞ senatoru C.Makkeynin Azərbaycanda vicdan məhbuslarının azad eilməsi ilə bağlı ölkə başçısına etdiyi müraciəti müsbət dəyərləndirib və ölkə rəhbərliyini siyasi məhbusları azad etməyə və respublikanı beynəlxalq qınaqlarla üz-üz gətirən insan hüquq və azadlıqlarının pozulması faktlarını aradan qaldıran addımlar atmağa çağırıb.

Ermənistan prezidenti S.Sarksiyanın Azərbaycanın erməni işğalı altında olan və ölkəmizin yurisdiksiyasına daxil olan Dağlıq Qarabağa səfərinə diqqət çəkən partiya yetkililəri hakimiyyətin təcavüzkar bir ölkənin bu cür hərəkətlərinə adekvat reaksiya verməməsini onun təslimçilik psixologiyasından irəli gəldiyini bildirib və bu faktın beynəlxalq hüquqa və ölkələr arası diplomatik münasibətlərə daban-dabana zidd olduğunu qeyd etməklə ölkə iqtidarını Ermənistanın BMT-də işğalçı dövlət kimi tanınması istiqamətində beynəlxaq səyləri gücləndirməyə çağırıb.

Toplantıda son vaxtlar ağlasığmaz maliyyə vəsaitləri hesabına tikilən və istismar müddətləri bir neçə on illərə hesablanan yolların qısa müddət ərzində yararsız hala düşməsindən və küllü miqdarda əlavə vəsaitlərlə bu yolların yenidən təmirə çıxarılmasından narahat olduğunu bildirib və respublika prokurorluğundan nəqliyyat nazirliyinin böyük dağıntılarla müşahidə olunan hərəkətlərini araşdırmağa və günahkar şəxslərin qanunla cəzalandırılmasına uyğun addımlar atmağa çağırıb.

ADP hakimiyyətin mətbuat əlyayımının qarşısını almağa yönələn və Ziyalılar Forumunun timsalında qapalı toplantıların keçirilməsinə süni yollarla qadağalar qoyan hərəkətlərini qətiyyətlə pisləyib və bu cəhdlərin ölkədə informasiya vasitələri üzərində total nəzarətin gücləndirilməsinə və nəinki, geniş sərbəst toplaşmaların, hətta, qapalı toplantıların keçirilməsinin qarşısının alınmasına yönəlik hərəkət kimi dəyərləndirb.

Qeyd edək ki, toplantıda həmçinin yeni başlanan 2012-ci il ərzində partiyanın qarşısında duran vəzifələr və təşkilati planda görülməli işlərlə bağlı fikir mübadiləsi aparılıb.