AFFA yenə “Neftçi”yə “yox” dedi

affa-yene-neftciye-yox-dedi
Oxunma sayı: 688

Rəqibə qarşı aşkar kobudluq edib “Xəzər Lənkəran”ın futbolçusu Şəhriyar Xəlilovu sillələyən Rəşad Abdullayevin cəzasının yüngülləşdirilməsi üçün artıq 2-ci dəfə komitəyə müraciət edən “Neftçi” bu dəfə də istəyinə çata bilməyib. Futbolçuya yaraşmayan hərəkət edən yarımmüdafiəçinin bağışlanmaz hərəkətinin bağışlanmasını istəyən bakılılar komitədən əl çəkməsə də AFFA-da qərarından dönməyib.

Apelyasiya və Ekspert Komitəsi AZAL-ın məşqçisi İlqar Hüseynovun cəriməsinin azaldılması ilə bağlı müraciətini də geri çevirib. Belə ki, “təyyarəçilər” 5 oyunluq cəzalanan çalışdırıcı üçün ödəməli olduqları 5 min manatın azaldılmasını istəmişdi. Lakin AFFA noyabrın 11-dəki digər qərar kimi bunu da dəyişməz saxlayıb.

Futzal çempionatında keçirilən “Neftçi” İSM və “Qala” klublarının müraciəti isə müsbət cavablandırılıb. 6 oyunluq cəzalanana Rüfət Balakişiyev və Emin Keürdov cəmi 2 oyun buraxmalı olacaqlar.