Ağdamda top mərmisi tapıldı - Fotolar

agdamda-top-mermisi-tapildi
Oxunma sayı: 1142

Ağdam rayonunun Çəmənli kəndində partlamamış hərbi sursat tapılıb. 

ANAMA-dan “Qafqazinfo”ya verilən məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları əraziyə baxış keçiriblər.

Təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri bir ədəd 125 millimetrlik top mərmisi (BM-26) aşkarlayıblar. Həmin sursat zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin tapıldığı yerin ətrafında 2000 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.