Agentlik işçisi bədbəxt hadisədə öldü

agentlik-iscisi-bedbext-hadisede-oldu
Oxunma sayı: 2555

Bakıda təmir işləri zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işçilərindən biri vəfat edib.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, noyabrın 7-də saat 16 radələrində Xətai rayonu ərazisində 10-cu Zavod dairəsində yolun hərəkət hissəsinin təmiri zamanı Göygöl rayon sakini Natiq Bayramov “KamAZ” markalı avtomobili  arxaya sürərkən orada fəhlə işləyən Bakı şəhər sakini Arif Hüseynovu vurub və nəticədə o, hadisə yerində ölüb. Xətai RPİ tərəfindən araşdırma aparılır. 

AAYDA-nın mətbuat katibi Anar Nəcəfli “Qafqazinfo”ya bildirib ki, təmir işləri onların qurumu tərəfindən həyata keçirib və hər iki şəxs AAYDA-nın əməkdaşlarıdır.

Murad Əhməd