Ağstafada 51 yaşlı kişini döyüb xəstəxanalıq etdilər

agstafada-51-yasli-kisini-doyub-xestexanaliq-etdiler
Oxunma sayı: 647

Ağstafa sakini həmkəndlisi tərəfindən döyülüb.

"Qafqazinfo"nun verdiyi məlumata görə, rayonun Qıraq Kəsəmən kənd sakini, 1968-ci il təvəllüdlü Mustafayev İlham Məhəmməd oğlu müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Yaxınlarının sözlərinə görə, İ. Mustafayev münaqişə zəminində həmkəndlisi tərəfindən ağac parçası ilə döyülüb. Münaqişənin mal-qara mübahisəsi üstdə yarandığı bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli