AİB-in Missiyası Azərbaycanın bank sektorunu qiymətləndirir

aib-in-missiyasi-azerbaycanin-bank-sektorunu-qiymetlendirir-
Oxunma sayı: 630

AIB-in Azərbaycandakı nümayəndəliyindən “Qafqazinfo”ya verilən məlumata görə, missiya ölkəmizdə kiçik və orta sahibkarların və özəl sektorun dəstəklənməsi məsələsində kreditlərin nə dərəcədə effektiv olduğunu da dəyərləndirəcək. AİB-in Azərbaycanda özəl sektora kreditlər ayırmasını genişləndirmək üçün AİB-in ekspertləri Azərbaycanın bank sektorunu diqqətlə araşdıracaq.

AİB-in Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Olli Noroyononun sözlərinə görə, əsas məqsədləri ekoloji cəhətdən davamlı, hərtərəfli inkişafı və regional inteqrasiyanı stimullaşdırmaqla yoxsulluğu azaltmaqdır: “Biz özəl sektoru Asiyada dəyişiklikləri həyata keçirəcək əsas qüvvə kimi görürük. Ona görə Azərbaycan da daxil olmaqla özəl sektorun inkişafdakı rolunu artırmaq üçün bank sektorunun gücləndirilməsi olduqca vacibdir. Biz məhz burda effektiv şəkildə öz töhfələrimizi verə bilərik”.

Missiya öz işini oktyabrın 22-də başa vuracaq.

Nigar Məmmədli