Akif Nağı polisə aparıldı

akif-nagi-polise-aparildi
Oxunma sayı: 658

Təşkilatın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, onun polis idarəsinə aparılmasının səbəbi açıqlanmayıb. Güman olunur ki, səbəb son 3 gün ərzində QAT fəallarının aeroport və “Hilton” otelinin qarşısında keçirdikləri bəzi tədbirlərlə bağlıdır. QAT üzvləri qeyri-ənənəvi etiraz formalarından istifadə edərək erməni nümayəndələrin Bakıya gəlişinə və MDB xüsusi xidmət orqanlarının tədbirində iştirakına mane olmağa çalışıblar.