“Akkord” Avropada “İlin Lider Şirkəti” ali mükafatına layiq görülüb

“Akkord” Avropada “İlin Lider Şirkəti” ali mükafatına layiq görülüb
Oxunma sayı: 179

Xüsusilə son 1 il ərzində Gürcüstan, Qazaxıstan və Əfqanıstanda icra edilən irimiqyaslı layihələrin idarə olunmasında ortaya qoyulan bacarıq və əzm “Akkord”un geniş biznes dairələrində özünəməxsus yer tutmaq hədəfini tamamilə reallaşdırıb. Şirkətdən “Qafqazinfo”ya daxil olan məlumata görə, iyun ayının 19-21-də baş qərargahı Londonda yerləşən və Avropanın biznes sahəsində araşdırmalar və tədqiqatlar aparan aparıcı biznes mərkəzlərindən biri olan Avropa Biznes Assambleyası (ABA) Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının tarixi Oksford şəhərində Liderlərin Oksford Sammitini təşkil edib. Tədbirdə ABA-nın dəvəti ilə dünyanın 50-dən artıq ölkəsindən olan şirkət və qurumların nümayəndələri, o cümlədən, tanınmış siyasətçilər, cənab Derek Klark daxil olmaqla Avropa Parlamentinin üzvləri, Oksfordun Lord-Meri, Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresinin vitse-prezidenti, biznes araşdırma mərkəzlərinin rəhbərləri, görkəmli maliyyəçilər, biznesmenlər və iş adamları iştirak ediblər.

Bu nüfuzlu tədbirdə ABA Nominasiya Komitəsinin qərarına əsasən, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” inşaat-tikinti sahəsində “İlin Lider Şirkəti” ali mükafatına, Korporasiyanın rəhbəri Xaqani Quluzadə isə, “Biznes sahəsində peşəkar nailiyyətlərə görə” diplomuna və “Ən yaxşı idarəetməyə görə” medalına layiq görülüb. Mükafatlandırma mərasimindən qabaq Korporasiyanın Baş Direktoru Xaqani Quluzadə qonaqlar və sammit iştirakçıları qarşısında Korporasiyanın geniş təqdimatını edib. Bundan sonra ABA-nın Baş Direktoru cənab Con Uilyam Artur Nettinq geniş nitqlə çıxış edərək ali mükafat və diplomu cənab Quluzadəyə təqdim edib.

Qeyd edək ki, Avropa Biznes Assambleyasının bu mükafatı “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın 2011-ci ildə aldığı ikinci nüfuzlu mükafatdır. Bundan əvvəl, Korporasiya Parisdə “Ticarətin Liderləri Klubu” və “Editorial Ofice” təşkilatı tərəfindən təsis edilən “Yeni minilliyin mükafatı”nın 23-cü təqdimat mərasimində “Beynəlxalq İnşaat Mükafatı”na layiq görülüb, eyni zamanda, “Akkord”a “Biznes sahəsində liderliyə” görə qızıl medal və müvafiq sertifikat verilib.

Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi