Aksiyada 7 nəfər ölüb

aksiyada-7-nefer-olub
Oxunma sayı: 643

Misirdə əhali Hüsnü Mübarəkin devrilməsinin ikinci ildönümünü kütləvi iğtişaşlarla qeyd edib. İnqilabdan sonra hakimiyyətə gələn Məhəmməd Mursiyə etirazlarını bildirən ölkə vətəndaşları bir neçə şəhələrdə etiraz aksiyaları keçirib. Paytaxt Qahirə şəhəri də daxil olmaqla İskəndəriyə, Süveyş, İsmailiyə şəhərlərində aksiya işitrakçıları kütləvi iğtişaşlar törədib. Aksiyalar zamanı polislə toqquşmalarda 7 misirli həlak olub, 450 nəfər isə yaralanıb.

Qeyd edək ki, nümayişçilərin keçirdiyi aksiyaya yerli polis göz yaşardıcı qaz və rezin güllələrlə müdaxilə edib. Qarşı tərəf isə polis əməkdaşlarına daş atmaqla cavab verib.