Alı Alıyev cəbhədə

ali-aliyev-cebhede
Oxunma sayı: 1005


“Qafqazinfo”ya daxil olan məlumata görə, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri Müqəddəs Qurban bayramı münasibətilə cəbhə xəttində, düşmənlə üz-üzə dayanıb, Müdafiə Nazirliyinin “N” saylı Hərbi Hissəsində xidmət edən əsgər və zabitlərlə görüş keçirib.

Alı Alıyev hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön xəttdəki səngərlərə baş çəkib, burada xidmət edən əsgərlərin xidməti vəziyyəti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə fərdi söhbətlər aparıb, onlara Qurban bayramı sovqatı çatdırıb. Alı Alıyev Qurban bayramının İslam dünyasının əsas bayramlarından biri olduğunu, İslam dinində bu günün xüsusı mahiyyət və əhəmiyyət kəsb etdiyini, onun əsasında Allaha sonsuz sevgi, onun qüdrətinə dərin inam və iman işığının öz əksini tapdığını vurğulayıb.

Alı Alıyev xidmətdə fərqlənən bir qrup zabit və əsgərə Fəxri Fərmanlar təqdim edib, əsgərlərə vətənimizin etibarlı müdafiəsi naminə nümunəvi xidmət, xoşbəxtlik arzulayıb.