Alişan ata oldu - Fotolar

alisan-ata-oldu
Oxunma sayı: 3226

Türkiyənin məşhur cütlüyü- müğənni Alişanla aktrisa Busə Varolun övladı dünyaya gəlib. “Qafqazinfo” xəbər verir ki,  doğuş Acıbadem Altunizade Xəstəxanasında baş tutub. Onların oğlan övladı dünyaya gəlib, adını Burak qoyublar. 

Busənin həkimi Furkan Kayabaşoğlu mətbuata açıqlamasında ana və körpənin səhhətinin qaydasında olduğunu bildirib. Uşaq 4 kq 265 qram çəkidə dünyaya gəlib. 

Qeyd edək ki, Alişan və Busə ötən ilin mayında ailə həyatı qurublar.