Alman nazir Netanyahunun telefonuna cavab vermədi

alman-nazir-netanyahunun-telefonuna-cavab-vermedi
Oxunma sayı: 633

Almaniyanın xarici işlər naziri Siqmar Qabriel dünən İsraildə onunla görüşü ləğv edən bu ölkənin baş naziri Netanyahunun telefonuna cavab verməyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Qabriel İsrailin iki insan haqları təşkilatını ziyarət etdiyi üçün Netanyahu onunla planlaşdırdığı görüşü ləğv etmişdi. 

Netanyahu görüşü ləğv etməsinin səbəblərini açıqlamaq üçün zəng etsə də, bu dəfə alman nazir telefon danışığından imtina edib.

Lakin Qabriel açıqlamasında görüşün ləğv edilməsinin “fəlakət olmadığını” və bunun iki ölkə arasındakı əlaqələrə təsir etməyəcəyini vurğulayıb.