Almaniyada qatar qəzası - 50 yaralı

almaniyada-qatar-qezasi
Oxunma sayı: 1176

Almaniyanın Merbuş şəhərində “National Express” şirkətinin sərnişin qatarı ilə “DB Cargo” şirkətinə məxsus yük qatarı toqquşub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 50 sərnişin yaralanıb.

Şahidlərin sözlərinə görə, zərbənin təsirindən yaxınlıqdakı evlər silkələnib, relslər qopub.

Qeyd olunur ki, sərnişin qatarında 100-200 arası insan olub.

Hazırda qəza yerində araşdırma aparılır.