Almanlar üçün qara cümə axşamı

almanlar-ucun-qara-cume-axsami
Oxunma sayı: 636

“Alman nümayəndələri üçün apelin 25-i həqiqətən də “qara cümə axşamı” oldu. 97 ölkənin nümayəndələri alman nümayəndələrini nəinki narahat olmağa, eyni zamanda həyatlarının ən pis 3,5 saatını yaşamağa məcbur etdilər.

Lakin BMT Şurasının iclasında Almaniyada insan haqlarının həqiqi döyüşçüsü kimi özünü Türkiyə təmsilçisi Oğuz Dəmiralp göstərdi. O, çıxışında bildirib ki, əcnəbilərə qarşı düşmənçilik münasibətinin artması Almaniyada yaşayan 3 milyon türk üçün ciddi təhlükə yaradır. Türkiyə respublikası gözləyir ki, AFR sağ ekstremist qruplaşmalarla mübarizəni kardinal şəkildə gücləndirəcək”.

Markus Lyoninq isə Türkiyə təmsilçisinin çıxışına münasibət bildirərək qeyd edib ki, Almaniya əlindən gələn hər şeyi edəcək ki, nasistlər tərəfindən təşkil edilən qətllər bir daha heç vaxt təkrarlanmasın. Alman hüquq müdafiəçisi sonda alman müstəntiqlərinin səhvlərini etiraf edir və ölkəsi adından Türkiyə və BMT-dən üzr istəyir.

Rusiya nümayəndə heyətinin rəhbəri Aleksey Qoltyayev də Almaniya hökumətini açıq şəkildə “rasizmdə” qınayıb. Onun fikrincə Almaniya təhlükəsizlik xidmətinin əməkdaşları “səlahiyyət aşma” kimi faktların araşdırılmasına daha diqqətli yanaşmalıdır. Qoltyayaev həmçinin qeyd edib ki, Moskva Almaniyada yaşayan və dövlətin yürütdüyü diskriminasiyanın qurbanları olan milli azlıqların vəziyyətindən narahatdır.


“Növbəti həftəyə qədər qeyri-hökumət hüquq müdafiə təşkilatları tərəfindən səsləndirilən bütün iddialar əsasında BMT-nin insan haqları Şurası Almaniyaya öz tövsiyələrini hazırlayacaq. Merkel hökuməti isə çətin seçim qarşısındadır BMT-nin insan haqları Şurasının məsləhətinə əməl etsin yoxsa öz mövqeyində qalsın?”


Harri Murey sonda Azərbaycanın Böyük Vətən Müharibəsi illərində 60 min vətəndaşını itirdiyini xatırladır və qeyd edir ki, buna baxmayaraq onlar Almaniya hökuməti tərəfindən heç bir üzrxahlıq, kompensasiya gözləmədilər. Çünki onlar özlərini dövlətin diqqətindən kənarda qalmış kimi hiss etmirlər: “Məlum olduğu kimi Azərbaycan prezidenti bu il Böyük Vətən Müharibəsi iştirakçılarına, müharibədə və ya müharibədən sonra həlak olanların ailələrinə 9 milyon manatdan çox birdəfəlik maddi yardım etdi. Bu məbləğ Almaniya hökuməti üçün fantastikdir”.