Almeyda vida açıqlaması

almeyda-vida-aciqlamasi
Oxunma sayı: 2202

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda “Qəbələ”yə qarşı keçirdikləri oyundan sonra açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, 29 yaşlı futbolçu klubdan ayrıla biləcəyinə işarə edib:

“Burada keçirdiyim illər ərzində yalnız xoş xatirələr qalıb. Komandama təşəkkür edirəm. Bu, “əlvida” deyil, “hələlik”dir. Qurban müəllim mənə nə vaxt dəvət göndərsə, milliyə gələcəm”.

Millimizin üzvü Ağdam klubundan ayrılmağa qərar verməsinin səbəbini belə izah edib:

“Futbolçu həyatı belədir ki, hərdən dəyişikliyə ehtiyac yaranır. Atamla danışdıq və klubumu dəyişməyə qərar verdim. Gedişimdə maddi məsələ rol oynamadı”.