“Altılıq” uğrunda həlledici gün

altiliq-ugrunda-helledici-gun
Oxunma sayı: 643

“Qəbələ”nin “altılıq” uğrunda mübarizədə ən böyük rəqibi olan “Rəvan” isə çempion “Neftçi”nin qonağı olacaq. Oyun İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək.
Digər qarşılaşmada AZAL – “Turan”ı qəbul edəcək. 6-cı pillədən 6 xal geri qalan “təyyarəçilər” bu oyunda son şanslarını dəyərləndirməyə çalışacaq.

21 fevral (çərşənbə axşamı)

14:00. “Qəbələ” – “Xəzər Lənkəran”
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Knyaz Əmiraslanov, Əliyar Ağayev
Qəbələ, Böyük Əmili kənd stadionu

14:00. AZAL - "Turan"
Hakimlər: Alik Yunusov, Mehman Mahmudov, Ramiz Əsədov, Feyzulla Feyzullayev
AZAL Arena

14:30. “Neftçi” – “Rəvan”
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Elşən Acalov, Hacıəli Ağayev
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

Ceyhun Əhmədov