Amerikanın yeni “qatırı”

amerikanin-yeni-qatiri
Oxunma sayı: 646

“Qafqazinfo” türk mətbuatına istinadən xəbər verir ki, ABŞ ordusu üçün “robot qatır” hazırlanıb. Hazırlanan robot “LS3” adlanır.

Amerika ordusunun gücləndirilməsi üçün yeni texnologiya istahsal edən DARPA-nın (Defence Advanced Research Projects Agency) hazırladığı “robot qatır”ın funksiyaları daha da təkmilləşdirilib.

Təkmilləşdirilmə nəticəsində LS3, hər hansı bir şəxsi gizli təqib edə bilir. Hazırlanan robot təqibetmə zamanı qarşısına çıxan əngəlləri (bataqlıq, ağac, uçqun və s.) asanlıqla dəf edə bilir.

Qeyd edək ki, DARPA hazırda LS3 – robot qatırı daha da təkmilləşdirməyə çalışır.