“Ana dilimizi sevək-sevdirək” başa çatdı

ana-dilimizi-sevek-sevdirek-basa-catdi
Oxunma sayı: 717

Qeyd edək ki, müsabiqə “Çağ” Öyretim İşlətmələri şirkətinin Azərbaycan-Türkiyə özəl liseyləri tərəfindən, Təhsil Nazirliyinin təşkilatı və əməyi dəstəyi ilə təşkil olunub.

Tədbirin açılışda çıxış edən Azərbaycan - Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsut Kurnaz bildirib ki, müsabiqə 21 fevral - Beynəlxalq Ana dili gününə həsr edilib. Onun sözlərinə görə, müsabiqənin məqsədi ölkədə dilə sevgi, hörmət hissini aşılmaqdan ibarətdir.

Bu il 10-cu dəfə keçirilən “Ana dilimizi sevək- sevdirək” müsabiqəsinin yekun mükafatlandırma mərhələsində qrammatika, şeir, Azərbaycan dilində internet sayt yaratma, mahnı, inşa kateqoriyaları üzrə qaliblər müəyyən olunub. Respublikanın müxtəlif rayonlardan 3-cü tura vəsiqə qazanan şagirdlər bürünc, gümüş və qızıl medallarla mükafatlandırıblar. Qızıl medalların qalibləri qrammatika kateqoriyası üzrə Bakı-Azərbaycan özəl türk liseyinin şagirdi Mustafayev Emin, inşa kateqoriyası üzrə Mingəçevir şəhəri 10 saylı orta məktəbin şagirdi Quliyeva Zeynəb, internet sayt yaratmaq üzrə Sumqayıt şəhəri 36 saylı orta məktəbin şagirdi Heydərova Türkan, şeir kateqoriyası üzrə Bakı şəhəri 20 nömrəli məktəbin şagirdi Türkan Məmmədova, mahnı kateqoriyası üzrə Aslan Əzimzadə qalib seçilib.

Eyni zamanda 3-cü yeri tutanlara 200 manat, 2-ci yerin qaliblərinə 250 manat, 1-ci yerin qaliblərinə 300 manat pul mükafatı və sertifikatlar və hədiyyələr təqdim olunub. Hər 3 qalib bu ilin yayında keçiriləcək Türkiyədə keçiriləcək Beynəlxalq türk dili olimpiadasında iştirak şansı qazanıblar.

Qeyd edək ki, tədbirdə Təhsil nazirinin müavini Qulu Novruzov, bir sıra universitetlərinin rektorları, müsabiqənin təşkilatçıları, tanınmış incəsənət xadimləri və jurnalistlər də iştirak edib.

Günel Türksoy