“Anaları əkizlərə tərbiyə verməyib” - Roza

analari-ekizlere-terbiye-vermeyib
Oxunma sayı: 4787

Müğənni Roza Zərgərli ATV kanalında yayımlanan “Xüsusi layihə” proqramının qonağı olub.  “Qafqazinfo” xəbər verir ki, Roza vaxtı ilə yaratdığı “S-Twins” qrupu və solistləri Sevil və Sevinc Səfərovalardan danışıb. 

Müğənni əkizləri sərt tənqid edib: “Mən onların direktoru, meneceri-prodüseri, “Youtube” işlədəni idim. Geyimlərilə də məşğul olurdum. Əkizlər illər əvvəl Röya Ayxanın konsertində DJ kimi çıxış ediblər. Onları himayəmə götürəndə bundan xəbərim yox idi. Belə bir tələ qurulmuşdu. Xəbərdar olmadan qızları dövlət tədbirində gördüm. 4 ay sonra onlarla layihə etmək qərarına gəlim.

Mən bacımla əkiz olmuşuq. Bacım dünyasını dəyişib, onun xatirəsi üçün qızlara dəstək durdum. O vaxtlar toylara getmirdim, mənə 10 min təklif olunanda, əkizləri 3-4 min manata öz yerimə göndərirdim. İndi mənim haqqımda belə danışırlar. Anaları onlara düzgün tərbiyə verməyib”.