Anasına görə Azərbaycana gəlməkdən imtina etdi

anasina-gore-azerbaycana-gelmekden-imtina-etdi
Oxunma sayı: 5815


 Aldığı rekord qonorarlarla Türkiyə səhnəsinin ən bahalı ulduzlarından olan meqastar Tarkan Ramazan bayramında Azərbaycana gəlməkdən imtina edib. 

ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Tarkan Antalyadakı otellər və Azərbaycandan bayramın 1 və 2-ci günlərində səhnəyə çıxmaq təklifi alıb. Xarici ölkə və bayram qiyməti 500 min dollar olan Tarkan iki günlük proqram təkliflini rədd edərək 1 milyon dollardan imtina etmiş olub. 

Ulduz sərvətinə sərvət qata biləcəyi konsert proqramlarından imtina edib. 

Müğənni tətil üçün anası ilə birgə İngiltərəyə gedəcək.